01:09 21-04-2020
news_image
294
FUTBOL

Kabus hesab etdiyi cütlüyü açıqladı - David Trezege

"Yuventus"da həmişə qalib gəlmək və baş rolda olmaq istəyim var idi".

Apasport.az saytının məlumatına görə, bunu Fransa millisinin sabiq hücumçusu David Trezege deyib.

"Yuventus"dakı çıxışı ilə tanınan 43 yaşlı mütəxəssis həmin dövrdə qarşılaşdığı ən güclü müdafiəçilərin adlarını açıqlayıb: "A seriyası hücumçular üçün ən çətin liqa idi. Del Pyero, Zidan kimi yüksək səviyyəli oyunçuların məşqdən sonra qalıb çalışmanı davam etdirmələrini görmək məni heyrətləndirirdi. A seriyasında Paolo Maldini və Alessandro Kostakurta kimi klas müdafiəçilər çıxış edirdi. Amma Fernando Kouto - Sinişa Mixayloviç cütlüyü mənim üçün əsl kabus idi".

Qeyd edək ki, David Trezege 2000-2010-cu illərdə "Yuventus"un formasını geyinib.