01:22 21-04-2020
news_image
265
FUTBOL

"Ağzında siqaretlə 40 yaşına qədər oynaya bilər" - Ronaldoları müqayisə etdi

"Ronaldo ilə yaxın dostam. Bəxtim gətirdi ki, onunla "İnter"də hücum tərəfdaşı oldum".

Apasport.az saytının məlumatına görə, bunu İtaliya yığmasının sabiq hücumçusu Kristian Vieri deyib.

Karyerası ərzində demək olar ki, ölkəsinin ən güclü klublarının hamısında çıxış etmiş 47 yaşlı mütəxəssis "İnter"də çiyin-çiyinə oynadığı braziliyalı Ronaldo ilə "Yuventus"un hazırkı hücumçusu Kriştianu Ronaldonu müqayisə edib. O, "yekədiş"i üstün tutub: "Ronaldo hər şeyə sahib idi - partlayıcı, güclü və sürətli futbolçu olub. Topla sanki rəqs edirdi. Məncə, Ronaldo Kriştianudan daha yaxşı olub. Portuqaliyalı əsl döyüş maşınıdır. İtaliyada deyildiyi kimi, Kriştianu ağzında siqaretlə 40 yaşına qədər oynaya bilər. Onun heykəl kimi bədən fiqurası var".

Qeyd edək ki, Vieri ilə Ronaldo 1999-2002-ci illərdə "İnter"də birlikdə oynayıblar.