08:57 21-04-2020
news_image
296
FUTBOL

"Sabah" "Orlando Pirates"in futbolçusunu istəyir

Cənubi Afrika Respublikasının (CAR) daha bir futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Orlando Pirates" klubunun vingeri Vinsent Pulenin ölkəmizə köçmək variantı ortaya çıxıb.

Bir müddət əvvəl həmin ölkədən Hendrik Ekşteyni transfer edən "Sabah" indi də Pulenin keçidində maraqlıdır. Paytaxt təmsilçisi qış fasiləsində Ekşteyni "Səbail"ə göndərsə də, CAR bazarına marağı artıb. Mənbənin bildirdiyinə görə, "Sabah" transferin reallaşması üçün danışıq aparmağa hazırdır: "Ekşteynin Azərbaycana gedişindən sonra "Sabah" bu ölkənin futbolu ilə yaxından maraqlanmağa başlayıb. Onlar indi də Puleni hədəfə alıblar və bu transfer üçün "Orlando Pirates"ə təzminat ödəməyə hazırdırlar. Düzdür, çox futbolçu Azərbaycan çempionatını xəyal etmir. Ancaq oradan Avropanın böyük futbol ölkələrinə keçmək baxımından böyük addım ola bilər".

Qeyd edək ki, Vinsent Pule 2018-ci ildən "Orlando Pirates"də çıxış edir.