10:34 21-04-2020
news_image
4041
FUTBOL

"Xavinin Emin Mahmudova reaksiyası - "əla"

Moskva "Spartak"ının sabiq qapıçısı Sergey Çernuşik karyerası ilə bağlı yadında qalan xatirələri bölüşüb.

Apasport.az saytının məlumatına görə, o, "Spartak"da keçirdiyi illəri yada salıb.

Rusiya klubunun yetirməsi Çempionlar Liqasının 2012-13 mövsümündə "Barselona" ilə qrup qarşılaşmasını xüsusi vurğulayıb. O, həmin vaxt komanda yoldaşı olan Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovla bağlı xatirəsini də bölüşüb.

Çernuşik 2012-ci il noyabrın 20-də Moskvada baş tutan qarşılaşmanın (0:3) fasiləsində Mahmudovun zərbəsinə "Barselona"nın kapitanı Xavi Ernandesin reaksiyasını belə yada salıb: "Emin Mahmudovun zərbəsini Xavinin necə qiymətləndirdiyini yaxşı xatırlayıram. Ehtiyatda oturan oyunçular fasilədə meydanda məşq edirdilər. Komanda artıq meydana daxil olurdu. Son zərbəni ehtiyatda olan Emin Mahmudov vurdu. Çılğın zərbə idi. "Barselona"nın heyətində meydana ilk çıxan Xavi həmin zərbəni gördü və başını yelləyərək, Eminə baş barmağı ilə "əla" işarəsini göstərdi".

Qeyd edək ki, 2017-ci ildən "Neftçi"nin formasını geyinən Emin Mahmudov hazırda komandanın kapitanıdır. 28 yaşlı yarımmüdafiəçi 2011-2014-cü illərdə "Spartak"a məxsus olub.