10:44 21-04-2020
news_image
84
FUTBOL

“İnter”dən “Napoli”nin hücumçusuna cəlbedici təklif

İtaliyanın “İnter” klubu “Napoli”nin futbolçusu Dris Mertensi heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi mövsümün sonunda azad agent statusu alacaq hücumçunu transfer haqqı ödəmədən ələ keçirmək istəyir.

“İnter” buna görə də 32 yaşlı belçikalıya cəlbedici təklif göndərib. Bu təklifə əsasən, 2 illik müqaviləyə imza atacaq Mertens bonuslar nəzərə alınmadan 12 milyon avro qazanacaq.

“Napoli” də forvardı heyətində saxlamağa can atır. Neapollular da belçikalıya 2 illik müqavilə təklif edir. Lakin onlar futbolçunun ilinə 6 deyil, 4 milyon avro ödəmək gücündədir. Lakin Mertens müqaviləni uzatdığı üçün əlavə 2 milyon alacaq.

Qeyd edək ki, İngiltərə təmsilçisi “Çelsi” də hücumçunun xidmətində maraqlıdır.