11:53 21-04-2020
news_image
117
FUTBOL

Futbol tarixinin ən yaxşı azad agent keçidi

Futbol tarixinin ən yaxşı pulsuz transferinin kimliyi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ESPN azad agent kimi başqa kluba keçən ən uğurlu oyunçularla bağlı araşdırma aparıb.

Bu baxımdan ilk sırada "Bavariya"nın hücumçusu Robert Levandovski göstərilib. Polşa millisinin üzvü 2014-cü ildə Dortmund "Borussiya"sından Münhen klubuna havayı keçib. 2011-ci ildə "Milan"ı "Yuventus"a dəyişən Andrea Pirlo sıralamada ikinci yerdədir.

İlk "üçlüy"ü isə 2001-ci ildə "Tottenhem"dən "Arsenal"a havayı keçən Sol Kempbell qapayır.