15:56 02-07-2008
news_image
487
STOLÜSTÜ OYUNLAR

Azərbaycan yığmasının Şahmat Olimpiadasına qatılacaq heyəti açıqlanıb

Bakı. Kənan Həsənov - APA-Sport. Zaqatala Olimpiya Kompleksində təşkil olunan 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası başa çatıb. “APA-Sport” agentliyinin Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışova istinadən verdiyi məlumata görə, yarışda 36 rayondan 324 yeniyetmə mübarizə aparıb. Komanda hesabında birinci yeri Bakı şəhəri 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Dama İdman Məktəbinin kollektivi tutub. Şəxsi birincilikdə isə Çingiz Məhərrəmli, Günay Məmmədzadə (8 yaş), Ülvi Sadıxov, Lalə Firudinli (10 yaş), Çingiz Rzayev, Ülviyyə Fətəliyeva (12 yaş), Fuad Əhmədzadə, Xəzanə Mehdiyeva (14 yaş), Orxan Talışzadə və Nərmin Kazımova (16 yaş) öz yaş qruplarında qalib gəliblər. Ən çox xal toplayan N.Kazımova (8 xal) olimpiadanın mütləq qalibi sayılıb. O və 7,5 xalla ikinci olan O.Talışzadə milli komandanın tərkibində avqustun 16-dan 25-dək Türkiyənin Mersin şəhərində keçiriləcək Şahmat Olimpiadasında çıxış etmək hüququ qazanıb.
Qeyd edək ki, indiyədək yığmada yerini Eltac Səfərli, Vasif Durarbəyli və Ayaz Məmmədov təmin etmişdi.