12:49 21-04-2020
news_image
215
FUTBOL

"Daha səviyyəli liqaya gəlmişəm" - "Sabah"dan ayrılan honduraslı

"Kolumbiya çempionatı çox güclü, texnikalı, sürətli liqadır. İntizamlı, yaxşı stadionlara malik çempionatdır".

Apasport.az saytının məlumatına görə, bunu qış fasiləsində "Sabah"dan Kolumbiya klubu "Deportes Tolima"ya keçən Rocer Roxas deyib.

Ölkəmizdə çox oynamaq imkanının olmadığını bildirən Honduras millisinin üzvü Kolumbiyaya yollandığı üçün xoşbəxt olduğunu bildirib. 30 yaşlı hücumçu Kolumbiya çempionatı ilə Azərbaycan Premyer Liqasını da müqayisə edib: "Düşünürəm ki, "Deportes Tolima"da müntəzəm oynamaqla daha çox şey verə bilərəm. Azərbaycanda zədəli idim, az oynayırdım. Bura gəlməyimin səbəbi isə daha səviyyəli çempionatda oynamaq istəyim idi və hazırda böyük futbol liqasındayam".

Qeyd edək ki, Rocer Roxas cari mövsümün ilk yarısında Premyer Liqada 11 matçda ümumilikdə 382 dəqiqə meydanda olub.