13:27 21-04-2020
news_image
105
FUTBOL

Turinə qayıdan ilk "Yuventus"lu

"Yuventus" koronavirus pandemiyası səbəbindən ölkəsinə yollanan əcnəbi futbolçularını geri çağırıb.

Apasport.az saytının məlumatına görə, artıq bir oyunçu Turinə dönüb.

Bu, Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniçdir. 30 yaşlı orta sahə oyunçusu iki həftə karantin rejimində qalacaq. A seriyası təmsilçisi mayın əvvəllərində məşqləri bərpa etməyi planlaşdırır.

Hücumçu Kriştianu Ronaldo da daxil olmaqla həftə ərzində digər oyunçuların da İtaliyaya qayıtması gözlənilir. Çünki onlar məşqin bərpasına qədər karantin müddətini tamamlamalıdırlar.