13:33 21-04-2020
news_image
169
FUTBOL

“Nyukasl” satılmasa, 17 milyon qazanacaq – klubun sahibi

İngiltərə “Nyukasl”ının sahibi Mayk Eşli klubun mümkün alqı-satqısından 17 milyon funt sterlinq qazancı təmin edib.

Apasport.az saytının məlumatına görə, britaniyalı biznesmen öncədən müştərilərdən bu vəsaiti alıb.

Əgər klubu Səudiyyə Ərəbistanından olan konsorsiuma satışı baş tutmasa, bu məbləğ geri qaytarılmayacaq. Hətta İngiltərə Premyer Liqası bu alqı-satqının gerçəkləşməsinə razılıq verməsə də, Eşli bu danışıqlardan 17 milyonluq qazancla ayrılacaq.

Asiyalıların “Nyukasl”ı almaqla bağlı bütün danışıqları yekunlaşdırdığı və yalnız Premyer Liqanın razılığının gözlənildiyi bildirilir. Əgər alqı-satqı baş tutsa, Eşli 300 milyon funt sterlinq əldə edəcək.