14:06 21-04-2020
news_image
137
FUTBOL

"Portu"nun futbolçusu PSJ-ni seçdi

"Portu"nun müdafiəçisi Aleks Telles yeni klubunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı sol cinah oyunçusu Fransaya köçmək qərarına gəlib.

Bir neçə klubun maraq dairəsində olan braziliyalı PSJ-yə keçməyi üstün tutur. Xüsusən də, "Çelsi"nin ciddi təklifinə baxmayaraq, Telles PSJ-nin təklifini dəyərləndirməyi menecerlərinə tapşırıb. Həmçinin Portuqaliya klubu da müqavilə müddəti gələn ilin yayına qədər olan oyunçusunu satmağa hazırdır.

Qeyd edək ki, Aleks Telles "Portu"ya 2016-cı ildə "Qalatasaray"dan keçib.