14:39 21-04-2020
news_image
226
FUTBOL

Türkiyəli futbolçu qəzada öldü

"Eskişehirspor" klubunun futbolçusu Kaan Öztürk qəzada ölüb.

Apasport.az saytının məlumatına görə, hadisə dünən gecə saatlarında baş verib.

Ozmanqazi məhəlləsində avtomobili sürətlə sürən 20 yaşlı oyunçu idarəetməni itirib və maşın yol kənarındakı səddə çırpılıb. Qəza nəticəsində ağır yaralanan Öztürk təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, həkimlərinə səyinə baxmayaraq, keçinib.

Türkiyə futbol ictimaiyyəti bu hadisəni böyük məyusluqla qarşılayıb, Türkiyə Futbol Federasiyası başda olmaqla, bütün klublar başsağlığı göndəriblər.