17:04 21-04-2020
news_image
133
FUTBOL

AVRO-2020 təxirə salındığı üçün 20 milyonluq kompensasiya - stadiona

AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək stadionlar arasında olan Rusiya “Qazprom-Arena”sı yarışın koronavirus pandemiyası üzündən təxirə salınması ilə bağlı kompensasiya ala bilər.

Apasport.az saytının məlumatına görə, bunu idman qurğusunun baş direktoru Vladimir Litvinov açıqlayıb.

O bildirib ki, yarışın təxirə salınması üzündən stadion 20 milyon Rusiya rublundan artıq (450 min manat) xərcə düşüb. Litvinov UEFA-dan kompensasiya gözlədiklərini gizlətməyib: “20 milyon rubldan bir az artıq xərclərə məruz qaldıq. Amma ümid edirik ki, aprelin sonunadək UEFA bizə tam şəkildə kompensasiya edəcək. Obyektin maliyyələşmə sxemi dəyişəcək, çünki yarışlar keçirilmir və klub tərəfindən maliyyə axını dəyişir. Təfərrüatını açıqlamaq istəməzdim. Çünki indi biz yenidən qruplaşma prosesindəyik və pauzanın nə qədər uzanacağı aydın deyil. Bu üzdən nəticələr və onların ciddiliyinin dəyərləndirilməsi vaxtından tez olardı. Hərçənd hamı kimi biz də bunu hiss edəcəyik”.

Qeyd edək ki, AVRO-2020-nin digər ev sahiblərinin, o cümlədən 4 oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun müvafiq kompenasiya alıb-almayacağı açıqlanmayıb.