17:06 21-04-2020
news_image
211
FUTBOL

Yeni baş məşqçisini müəyyənləşdirdi - "Nyukasl"

Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun səhmələrini almağa hazırlaşdığı "Nyukasl" gələn mövsüm iddialı heyət qurmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, transferlərə 200 milyon funt-sterlinqdən çox pul ayıracaq "sağsağanlar" baş məşqçi postunda da dəyişiklik edəcək.

Stiv Bryusla yollarını ayırmağı planlaşdıran Premyer Liqa təmsilçisi Mauritsio Poçettino ilə danışıqlara başlayıb. Rəhbərlik yeni qurulacaq komandaya argentinalı mütəxəssisin rəhbərlik etməsini istəyir.

Qeyd edək ki, "Nyukasl"ı alması gözlənilən yeni investorların baş məşqçi postuna digər namizədi italiyalı Massimiliano Alleqridir