17:48 21-04-2020
news_image
491
FUTBOL

Çempionatlar və millilərlə bağlı qərarını açıqladı - UEFA

Bu gün UEFA və quruma üzv olan milli assosiasiyaların nümayəndələri arasında videokonfrans keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbirdə koronavirus pandemiyası ilə bağlı yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı müzakirələr aparılıb.

Yekunda aşağıdakı bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Üstünlük iyulun sonunda başa çatdırılması planlaşdırılan milli çempionatlara verilib. May və iyunda bərpa olunacaq yarışlar iyulun 31-dək yekunlaşmalıdır ki, növbəti mövsüm avrokubokda iştirak edəcək komandalar bəlli olsun.

Avrokubokların qalan oyunlarının avqustda keçirilməsi planlaşdırılıb. Qitəmiqyaslı turnirlər milli çempionatlara yekun vurulduqdan sonra bərpa olunacaq.

Yığmaların payızda keçirilməli olan qarşılaşmaları planlaşdırılan tarixdə oynanıla bilər.

Həmçinin, UEFA hüquqi məsələlərlə bağlı tövsiyyələr də verəcək. Müqavilə ilə bağlı məsələlər klublar və oyunçuların səlahiyyətində qalır.

Qərara alınıb ki, assosiasiyalarla növbəti videokonfrans mayda keçirilsin.

UEFA hələlik yeni – 2020/21 mövsümü barədə yekun qərara gəlməyib. Amma avrokubokların təsnifat mərhələlərinin sentyabr, qrup raundunun oktyabra salınması gözlənilir.

Qeyd edək ki, aprelin 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.