18:27 21-04-2020
news_image
2646
FUTBOL

“Qarabağ” Çempionlar Liqasında, “Qəbələ”, “Neftçi” və “Səbail” Avropa Liqasında - UEFA-nın B planı

Avrokubokların 2020/21 mövsümü ilə bağlı B planı bəlli olub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümün başa çatdırılmasa, qitə kuboklarına vəsiqələrin necə bölüşdürüləcəyi UEFA-nın milli assosiasiyalarla bu gün təşkil olunan vieokonfransında müzakirə edilib.

Müzakirələr zamanı irəli sürülən təklifə əsasən, əgər çempionatlar yarımçıq qalsa, avrokuboklara vəsiqələr turnir cədvəlinə əsasən verilməyəcək. Bu durumda ölkələrin öncədən bəlli olan say üzrə təmsilçıləri klubların UEFA reytinqindəki hazırkı mövqeyinə əsasən bilinəcək.

Çempionlar Liqasının təsnifat mərhələsində 1 komandası oynayan Azərbaycanı UEFA reytinqindəki ən yaxşı klubu “Qarabağ” təmsil edəcək. Bu siyahıda Azərbaycanın ikinci komandası olan “Qəbələ” Avropa Liqasında oynamaq hüququna yiyələnəcək. Hazırda “Qarabağ” 21,000 xalla 72-ci, “Qəbələ” 7,500 xalla 148-ci yerdə qərarlaşıb.

“Neftçi”, “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” eyni – 3,750 xala malikdir. Lakin bərabər göstəricilər zamanı son mövsümlərə üstünlük verildiyindən “Neftçi” 274-cü yerin sahibi kimi 3-cü, “Səbail” 279-cu kimi 4-cü vəsiqənin sahibi kimi Avropaya yollana bilər. Premyer Liqada 3-cü olan “Keşlə” isə Avropada 281-ci olduğundan bu varianta əsasən kənarda qalacaq.