21:26 21-04-2020
news_image
186
FUTBOL

Toni Adams seçimini etdi - “Qəbələ”nin “11-liy”i

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams klub tarixinin rəmzi komandasını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə futbolunun əfsanəsi müxtəlif illərdə “qırmızı-qaralar”ın formasını geyinmiş ən yaxşı 11 oyunçunu müəyyənləşdirib.

“Arsenal” və İngiltərə yığmasının sabiq müdafiəçisi bu heyəti 4-3-3 sxemi üzrə qurub. O, heyətdə yalnız iki yerli futbolçu – Rəşad Sadiqov və Cavid Hüseynova yer verib. Digər 9 oyunçu – legionerlər arasında milliləşən Arif Daşdəmirov da var.

Qapıçı: Dmitri Bezotosnı;

Müdafiəçilər: Rikardinyo, Vojislav Stankoviç, Vitali Vernidub, Arif Daşdəmirov;

Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay;

Hücumçular: Dodo, Aleksey Antonov, Sergey Zenyov.