22:57 21-04-2020
news_image
167
FUTBOL

Niderland çempionatı ləğv edilir - sentyabra qədər qadağa qoyuldu

Niderlandda futbol çempionatları ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, bu barədə ölkənin baş naziri Mark Rutte bildirib.

Rutte keçirdiyi mətbuat konfransında koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılan futbol yarışlarının, həmçinin Erediviziyanın sentyabrın 1-dən tez başlamayacağını açıqlayıb.

Niderland Futbol Federasiyası isə UEFA ilə məsləhətləşdikdən sonra aprelin 24-də klublarla videotoplantı keçirəcək və mövsümün ləğvini rəsmən açıqlayacaq.

Bundan əvvəl Niderlandda böyük tədbirlər iyunun 1-nə qədər ləğv edilmişdi.

Qeyd edək ki, XXV turdan sonra dayandırılan Erediviziyada "Ayaks" 56 xalla turnir cədvəlinə başçılıq edir.