23:10 21-04-2020
news_image
181
FUTBOL

FİFA-ya şikayət edən qapıçının müqaviləsinə xitam verdi - "Beşiktaş"

Türkiyədə koronavirus pandemiyası yayıldıqdan bəri ilk dəfə kollektivlə birlikdə məşqə başlayan "Beşiktaş"da bir ayrılıq reallaşıb.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi qapıçı Lorius Kariusla vidalaşıb.

1,6 milyon avroluq alacağı üçün FİFA-ya şikayət edən almaniyalı qolkiperin müqaviləsinə xitam verilib. "Ağ-qaralar" icarə əsasında formasını geyindiyi komandanın heyətində mövsümü başa vura bilməyəcək. O, avqustun 1-dən etibarən müqavilə ilə məxsus olduğu "Liverpul" klubuna rəsmən dönə biləcək.

Qeyd edək ki, Lorius Kariusun "Liverpul"la sözləşmə müddəti 2022-ci ilin yayına qədərdir.