00:53 22-04-2020
news_image
189
DİGƏR NÖVLƏR

Avropa çempionatının tarixi müəyyənləşdi

Koronavirus pandemiyası üzündən təxirə salınan ağırlıqqaldırma üzrə Avropa çempionatının keçirilmə tarixi müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq yarış oktyabrın 31-də start götürəcək.

Çempionata noyabrın 8-də yekun vurulacaq. Bu, yarış üçün müəyyənləşən artıq 3-cü tarixdir.

Öncədən aprelin 4-12-nə planlaşdırılan çempionatın başqa vaxta keçirilməsinə martda qərar verilib. İyunun 13-21-nə keçirilən turnir aprelin 14-də verilən qərara əsasən ikinci dəfə təxirə düşüb.