09:38 22-04-2020
news_image
316
FUTBOL

"Azərbaycan variantı müzakirə olunacaq" - Ümit Özat

"Karyeramı Türkiyədə və ya qonşu ölkələrdən birində davam etdirə bilərəm".

Apasport.az saytının məlumatına görə, bunu türkiyəli məşqçi Ümit Özat deyib.

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən öncə Bosniya və Herseqovina klubu "Çelik"i çalışdıran, lakin işçi vizası ala bilmədiyi üçün komandadan ayrılacağını söyləyən Özat ölkəmizə köçmək variantından danışıb.

Bir müddət əvvəl adı "Sabah"la birgə hallanan 44 yaşlı mütəxəssis instaqram səhifəsində canlı bağlantı zamanı hələ də Azərbaycandan təklifinin olduğunu söyləyib: "Koronavirus xəstəliyi yayılmamışdan əvvəl Azərbaycan və İrana yollanmış, oradakı komandalarla təmasım olmuşdu. Lakin koronavirusa görə bu məsələ donduruldu. Problem yoluna qoyulduqdan sonra yenidən bu məsələni müzakirə edəcəyik. Ola bilsin ki, karyeramı həmin ölkələrdən birində davam etdirdim".

Qeyd edək ki, azərbaycanlı futbolçu Elvin Yunuszadə də "Çelik" klubunun futbolçusudur.