12:55 22-04-2020
news_image
105
FUTBOL

Futbol tarixinin ən uğursuz 3 yay hadisəsi

"FourFourTwo" jurnalı futbol tarixinin ən uğursuz yay hadisələrini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, "10-luq"da ilk iki sırada "Anji" klubu qərarlaşıb.

2013-14 mövsümündə kütləvi ayrılıqlar yaşayan Mahaçqala təmsilçisi Samuel Eto, Villian, Aleksandr Kokorin, Oleq Şatov, Lassana Diarra, Kristofer Samba kimi oyunçularla sağollaşıb. İkinci yerdə "Mançester Yunayted"də uzun illər Aleks Ferqyusonun köməkçisi olmuş Rene Melenstenin "Anji" macərası yer alır. O, Rusiya komandasında cəmi 18 gün baş məşqçi kimi fəaliyyət göstərib.

Jurnal əməkdaşlarının fikrincə, ən uğursuz 3-cü hadisə 1950-ci ildəki dünya çempionatından sonra yaşanıb. Braziliya yığması mundialın finalında Uruqvaya məğlub olub (1:2) və qapıçı Moasir Barbosa əsas günahkar sayılıb. Bu üzdən o, bir daha milliyə çağırılmayıb. 2000-ci ildə vəfat edən Barbosa ölümündən iki həftə əvvəl bu sözlərlə diqqət çəkmişdi: "Braziliya qanununa görə, ən uzunmüddətli cəza 30 ildir. Ancaq mənim həbsim 50 il çəkdi".