13:43 22-04-2020
news_image
180
FUTBOL

"Klubu onlara satmayın" - xəbərdarlıq məktubu

İngiltərə Premyer Liqasının yayım hüquqlarına malik olan "beIN SPORTS" şirkəti klublara məktub ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, şirkət CEO-su Yusef əl-Obaidli məktubda "Nyukasl"ın Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmana satılmasının qarşısının alınmasını istəyib.

O, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun qeyri-qanuni işlərlə məşğul olduğunu yazıb və bu əməkdaşlığın Premyer Liqanın markasına zərər vuracağını bildirib: "Premyer Liqanın şəriklərindən biri kimi, bu qərarı verərkən çox diqqətli olmağınız barədə sizi xəbərdar edirik. Adıçəkilən şirkət qeyri-qanuni yollarla qazanc əldə edir. Belə bir adla əməkdaşlıq Premyer Liqa üçün uğursuz nəticələnə bilər. "Nyukasl" kimi köklü klubu Səudiyyə Ərəbistanı hökumətinə vermək yanlış qərar ola bilər".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman "Nyukasl"ın səhmlərini almaq üçün 400 milyon funt-sterlinqə yaxın xərcə düşməyə hazırdır.