13:56 22-04-2020
news_image
945
FUTBOL

Ronaldonun sevgilisini taxtdan salan gözəl - FOTOSESSİYA

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriges “taxtdan salınıb”.

Apasport.az saytının məlumatına görə, ispaniyalı modelin sosial şəbəkədəki "instaqram kraliçası" adı əlindən alınıb.

İspaniyada instaqram səhifəsi ən çox izlənilən Rodrigesi "Elite" serialının gözəl aktrisası Ester Eksposito geridə qoyub. 20 yaşlı aktrisanın evində çəkdirdiyi "reqqeton" rəqsi paylaşımı 42,8 milyon dəfə izlənilib. Bunun ardından isə onun instaqramdakı izləyici sayı 19,8 milyona yüksəlib. Bununla o, İspaniyada ən çox izləyicisi olan Corcinanı geridə qoyub.

Portuqaliyanın Modeyra şəhərində Ronaldo və ailəsi ilə birlikdə karantində olan Corcina Rodriges instaqramda liderlikdən 3-cü pilləyə enib. Çünki daha bir aktrisa Ursula Korbero izləyici sayını 18 milyona çatdırıb və 17,7 milyonluq təqibçisi olan Corcinanı qabaqlayıb.