16:25 22-04-2020
news_image
331
FUTBOL

Məşqləri bərpa edir - Premyer Liqa klubları

İngiltərə Premyer Liqasının bir neçə klubu mayın əvvəllərində məşqləri bərpa etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, konkret 5 komanda gələn ayın 9-dan bir araya gəlməyi qərara alıb.

Bunar "Kristal Pelas", "Bornmut", "Bernli", "Şeffild Yunayted" və "Vest Hem"dir. Digər klublar planlarını hələ açıqlamayıblar. İngiltərə hökuməti isə mayın 7-də iclas keçirəcək və koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan tədbirlərlə bağlı qərar qəbul edəcək.

Premyer Liqada iştirak edən futbolçular mövsümün qalan oyunlarının keçirilməsinin tərəfdarıdırlar. Onlar iyunda çempionatın bərpa olunmasını istəyirlər.

Qeyd edək ki, İngiltərə Premyer Liqası XXIX turdan sonra dayandırılıb. "Liverpul" hazırda 82 xalla turnir cədvəlinə başçılıq edir.