16:46 22-04-2020
news_image
312
FUTBOL

50 milyonluq futbolçu - “Arsenal” üçün

İngiltərənin “Arsenal” klubu İspaniya “Betis”inin futbolçusu Nabillo Fekri transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi 26 yaşlı fransalı yarımmüdafiəçini bu yay heyətinə qatmağı planlaşdırır.

Lakin Fekirin indiki klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bu üzdən də La Liqa klubu futbolçusuna 50 milyon avro qoyub.

Bu məbləğ “Arsenal”ı qane etmir. “Topçular” yarımmüdafiəçinin qiymətini salmağa çalışır.

Qeyd edək ki, Fekir cari mövsümün 23 oyununda 7 qol vurub, 6 məhsuldar ötürmə verib.