18:02 22-04-2020
news_image
107
FUTBOL

Baş məşqçi millini tərk etdi – AVRO-2020-nin pley-offunu gözləmədi

Şimali İrlandiya milli komandasının baş məşqçisi Maykl Onil vəzifəsindən ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya Futbol Assosiasiyası açıqlayıb.

50 yaşlı mütəxəssis bu qərarı UEFA-nın beynəlxalq oyunların təqvimini dəyişməsi, AVRO-2020-nin pley-off mərhələsinin oyunlarının təxirə salınması ilə bağlı verib. 2011-ci ilin dekabrından milliyə rəhbərlik edən çalışdırıcı komandadakı təxminən 8 illik fəaliyyətini başa vurub.

Qeyd edək ki, AVRO-2020-nin pley-offunda Şimali İrlandiya Bosniya və Herseqovina ilə qarşılaşacaq.