00:00 23-04-2020
news_image
134
FUTBOL

Noyer geri addım atır - yeni müqavilədə

"Bavariya"nın kapitanı Manuel Noyer klubla yeni müqavilə bağlamağa razılaşıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı maliyyə məsələsində güzəştə gedib.

34 yaşlı qolkiperlə rəhbərlik arasında danışıqlar yenidən bərpa edilib. Almaniya millisinin üzvü maaşla bağlı tələbində endirimə gedib. Ancaq o, 4 illik müqavilə bağlamaqda israrlıdır. Münhen təmsilçisi isə 3 illik sözləşmənin imzalanmasına çalışır.

Qeyd edək ki, 2011-ci ildən "Bavariya"nın çərçivəsini qoruyan Manuel Noyerin müqavilə müddəti gələn ilin yayına qədərdir.