00:11 23-04-2020
news_image
71
FUTBOL

PSJ əvəzləyici tapdı – Kurzavaya

Fransanın PSJ klubu Nordi Mukieleni heyətinə qata bilər.

Apasport.az saytının məlumatına görə, Almaniya “Leypsiq”inin 22 yaşlı müdafiəçisi Leyvin Kurzavanı əvəzləmək üçün ideal variant hesab olunur.

Bu ilin yayında müqaviləsi başa çatan və Paris təmsilçisindən ayrılacaq sonuncu İspaniya “Barselona”sı və İngiltərə “Arsenal”ının maraq dairəsindədir. Bu səbəbdən də parislilər indidən onu əvəzləyəcək müdafiəçini müəyyənləşdirib.

Qeyd edək ki, Mukiele “Leypsiq”ə 2018-ci ildə “Monpelye”dən 16 milyon avroya keçib. O, cari mövsümün 28 oyununda 3 qola imza atıb.