00:27 23-04-2020
news_image
101
FUTBOL

İkardi İtaliyaya qayıtmaq istəyir - "İnter" üçün yox

PSJ-nin hücumçusu Mauro İkardi İtaliyaya qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, müqavilə ilə "İnter"ə məxsus olan və icarə əsasında Paris klubunda çıxış edən ulduz futbolçu A seriyasının başqa klubunda oynamaq niyyətindədir.

İkardi üçün prioritet seçim "Yuventus"dur. 27 yaşlı forvard İtaliyada "qoca sinyora"dan başqa klubda çıxış etmək istəmir. Turin təmsilçisi də bu keçidlə bağlı milanlılarla danışıq aparmağa hazırlaşır. "Yuve" transferin baş tutması müqabilində qarşı tərəfə müəyyən məbləğdə pul və yarımmüdafiəçi Xuan Kuadradonu təklif edəcək.

Qeyd edək ki, Mauro İkardini heyətinə qatmaq istəyən klublardan biri də "Atletiko"dur.