10:14 23-04-2020
news_image
96
FUTBOL

Yeni rəhbərin transfer siyahısı - 3 azad agent

"Nyukasl"ı almağa hazırlaşan Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanın heyəti transfer çalışmalarına başlayıb.

Apasport.az saytının məlumatına görə, yeni rəhbərlik transfer siyahısını da artıq hazırlamağa başlayıb.

"Sağsağanlar" ilk olaraq "Napoli"nin hücumçusu Dris Mertens, "Çelsi"nin yarımmüdafiəçisi Villian və PSJ-nin forvardı Edinson Kavanini heyətinə qatmaq niyyətindədir. Hər üç oyunçunun klubu ilə müqavilə müddəti başa çatmaq üzrədir və onlar azad agent kimi "Nyukasl"a keçə bilər. Premyer Liqa təmsilçisi adıçəkilən futbolçulara yüksək məbləğdə maaş təklif edəcək.

Qeyd edək ki, "Nyukasl" Premyer Liqada 29 turdan sonra 35 xalla 13-cü pillədə qərarlaşıb.