10:17 23-04-2020
news_image
90
FUTBOL

La Liqada bütün futbolçular test verəcək – koronovirusdan

İspaniya La Liqası birinci və ikinci divizion klublarının həkimləri ilə görüş keçirib.

Apasport.az saytının məlumatına görə, tədbirdə mövsümün mümkün bərpası zamanı zəruri olan prosedur müzakirə olunub.

Oyunlardan öncə futbolçuların mütləq şəkildə koronavirus testindən keçirilməsi barədə razılıq əldə edilib. Futbolçuların testləri aprelin 28-də başlayacaq.

Qeyd edək ki, İspaniya klublarının mayın ikinci həftəsindən məşqlərə başlayacağı gözlənilir.