12:32 23-04-2020
news_image
104
FUTBOL

Məşqdən imtina etdi - kapitanlar

İspaniya La Liqa və Sequnda klublarının futbolçuları məşqlərin bərpasına qarşıdırlar.

Apasport.az saytının məlumatına görə, onlar koronavirus pandemiyasından təhlükəsizlik tədbirləri görməyincə məşqə çıxmaq fikrində deyillər.

Bununla bağlı hər iki liqa klublarının kapitanlarının və Oyunçular Birliyinin iştirakı ilə videokonfrans keçirilib. 42 klubdan 40-nın kapitanı görüşdə iştirak edib. Yalnız "Barselona"lı Lionel Messi və "Real"lı Serxio Ramos videokonfransa qoşulmayıblar. Əksər futbolçular məşq prosesinin yenidən başladılması fikrinə qarşı çıxıblar. Onlar sağlamlıqları və təhlükəsizlikləri üçün zəmanət istəyirlər.

İspaniya Kral Futbol Federasiyası və La Liqa rəhbərliyi komandaların məşqlərinin bərpa edilməsi barədə razılığa gəliblər. Ancaq bu, yalnız tibbi testlərdən keçmək və həkimlərin icazəsi şərti ilə mümkün olacaq.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-na qədər uzadılıb.