12:54 23-04-2020
news_image
130
FUTBOL

“Çelsi” Fransa klubu ilə danışıqlara başlayır – iki futbolçu üçün

İngiltərənin “Çelsi” klubu mövsümlərarası fasilədə Fransa “Lill”inin iki futbolçusunu transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi mərkəz müdafiəçisi Qabriel Maqalyaes və hücumçu Viktor Osimheni heyətində görmək istəyir.

Artıq danışıqlara start verən “zadəganlar” transferlə bağlı Liqa1 təmsilçisi ilə əlaqə saxlayıblar. Danışıqlar ilkin mərhələdə olduğundan 22 yaşlı fransalı müdafiəçi və 21 yaşlı nigeriyalı forvardla bağlı rəsmi sorğu göndərilməyib.

“Çelsi”nin Qabriel üçün 35 milyon avro ödəməyə hazır olduğu bildirilir. Premyer Liqanın digər klubu “Everton” da cənubi amerikalının xidmətində maraqlıdır. Osimhen isə “Mançester Yunayted”in transfer siyahısında yer alıb.