14:54 23-04-2020
news_image
112
FUTBOL

4 futbolçuya töhmət - karantini pozduqları üçün

"Arsenal"ın futbolçuları karantin qaydalarını pozub.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar hökumətin tətbiq etdiyi qadağalara London klubunun 4 oyunçusu məhəl qoymayıb.

Bunlar müdafiəçi David Luiz, yarımmüdafiəçi Qranit Caka və hücumçular Aleksandr Lyakazett və Nikolya Pepedir. Bu davranışlarına görə, klub rəhbərliyi adıçəkilən oyunçulardan izahat tələb edib və onlara töhmət verib. Bildirilir ki, Pepe Londonun şimalında dostları ilə futbol oynayıb, Caka və Luiz Sautqeyt parkında görüşüb, Lyakazett isə avtomobil yuyulan yerdə bir nəfərlə ünsiyyətdə olub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə, İngiltərə Premyer Liqası XXIX turdan sonra dayandırılıb.