15:30 23-04-2020
news_image
137
FUTBOL

Avropa çempionatının yeni tarixi açıqlandı

Qadın futbolçular arasında Avropa çempionatının final mərhələsinin tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Qitə futbol qurumu rəsmi saytı vasitəsilə AVRO-2021-in həlledici mərhələsinin 2022-ci ildə keçirilməsinin qərara alındığını açıqlayıb. İngiltərədə təşkil olunacaq qarşılaşmalar iki il sonra 6-31 iyul tarixlərində oynanılacaq.