16:54 23-04-2020
news_image
126
FUTBOL

“Bizim borcumuzdur...” – Aleksander Çeferin

“Avropa klubları yığmalar üçün olan turnirlərimizin uğur qazanmasının ayrılmaz elementidir”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Qurum başçısı AVRO-2020-nin seçmə mərhələsində iştirak üçün futbolçuların klublarına verilən məbləğin təcili şəkildə ödənməsinə münasibət bildirib: “Buna görə də yığmalar üçün turnirlərdən gələn qazancın bir hissəsi futbolçularını oyunlara buraxan klublara ayrılır. İndiki çətin vəziyyətdə, əksər klubların maliyyə problemləri ilə, xüsusilə pul alınmasında üzləşdiyi vaxtda bizim borcumuzdur ki, onlar bu vəsaiti mümkün qədər tez alsın”.