17:01 23-04-2020
news_image
93
FUTBOL

“Bu, ECA və onun üzvləri üçün xüsusi əhəmiyyət kəsb edir” - Anyelli

“Bu addım klubların maliyyə vəsaitlərinin dövriyyəsində çox zəruri təsir daxilolmadır”.

Apasport.az saytının məlumatına görə, bunu Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli deyib.

O, futbolçularının AVRO-2020-nin seçmə mərhələsində iştirakı üçün klublara veriləcək məbləğin tez ödənməsi barədə fikirlərini açıqlayıb: “Bu, klubların yaşamasına real təhlükə zamanı onların müdafiəsi məqsədilə UEFA və ECA-nın birgə fəaliyyətinin nəticəsidir. Bizim əsas qayğımızın ictimaiyyətin sağlamlığı, maliyyə və hüquqi yardım alması olduğu vaxtda təhlükəsizlik baxımından Avropada futbolun bərpasına mümkün olmasına qədər klublara dəstək də verilməlidir. Bu, ECA və onun üzvləri üçün xüsusi əhəmiyyət kəsb edir”.