17:49 23-04-2020
news_image
122
FUTBOL

AVRO-2020 ilə bağlı yekun QƏRAR

AVRO-2020-nin adının dəyişdirilməməsi qərarı təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA-nin İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bildirilib.

2021-ci ilə təxirə salınan qitə birinciliyinin adı məsələsi tərəfdaşlarla və milli assosiasiyalarla keçirilən videokonfransda müzakirə olunub. Qurum Avropa çempionatının 60 illiyi səbəbindən (1960-2020) yarışın adının dəyişdirilməməsi ilə bağlı yekun qərara gəlib.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.