18:01 23-04-2020
news_image
139
FUTBOL

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı

UEFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə bugünkü videokonfransda qərar verilib.

İstər milli çempionatlar, istərsə də digər məsələlərlə bağlı yerli assosiasiyalara mayın 27-nə qədər vaxt verilib. Məhz həmin tarixdə qitə futbol qurumunun İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək, üzv assosiasiyaların təqdim edəcəkləri planları müzakirəyə çıxaracaq.

Konfransda 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatının yenidən təşkili və ya təxirə salınması məsələsi də müzakirə olunacaq. 2022-ci ilə təxirə salınan U-21-lər üzrə AVRO-2021-in Təşkilat Komitəsi hazırladığı raportu mayın 11-nə qədər UEFA-ya təqdim etməlidir.