00:11 24-04-2020
news_image
106
FUTBOL

Çempionlar Liqası oyununun bazada keçirilməsinə icazə verildi

Koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra ev oyunlarını bazadakı stadionda keçirmək istəyən İspaniyanın “Real” klubunun müraciəti UEFA və La Liqa tərəfindən müsbət cavablandırılıb.

Apasport.az sauyının məlumatına görə, Madrid təmsilçisi azarkeşsiz keçiriləcək matçları “Santyaqo Bernabeu”da deyil, Valdebebasdakı bazasında keçirə bilər.

Lakin “Kral klubu”nun qarşısına müəyyən şərtlər qoyulub. Paytaxt təmsilçisi ev oyunlarını “Alfredo di Stefano” stadionuna keçirmək üçün bu tələbləri yerinə yetirməlidir.

Bazadakı stadion təkmilləşdirilməlidir ki, bu məqsədlə bir sıra işlər görülməlidir. Meydançanın yan xəttinin yaxınlığında VAR sistemi üçün yer ayrılmalı, tribunaların altında video assistent hakimlər üçün xüsusi otaq hazırlanmalıdır.

Həmçinin arenada yeni projektorlar quraşdırılmalıdır ki, teleyayımın keyfiyyətinə təsir etməsin. Bundan başqa meydanın perimetri boyunca işıq diodlarından ibarət reklam lövhələri yerləşdirilməlidir.

Klub rəhbərliyi bütün işlərin öhdəsindən mövsümün bərpasına qədər gələ biləcəyinə əmindir. Bu addım klubu böyük arenada boş tribunalar önündə oynamaqla xərcə düşməkdən qurtaracaq.

Lakin “Alfredo di Stefano”da Çempionlar Liqası matçı baş tutmaya da bilər. Çünki 1/8 finalın ev oyununda “Mançester Siti”yə 1:2 hesabı ilə uduzan “Real” İngiltərədə revanş almalıdır ki, kiçik arenada avrokubok görüşünə çıxsın.

Qeyd edək ki, “Real”ın farm-klubu “Kastilya”nın ev matçlarını keçirdiyi “Alfredo di Stefano” stadionu 6 min tamaşaçı tutur.