10:14 24-04-2020
news_image
177
FUTBOL

Son 25 ilin ən yaxşı "25-liy"i – SIYAHI

Son 25 ilin ən yaxşı 25 futbolçusunun adları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, "FourFourTwo" jurnalı ən yaxşıların sıralamasını açıqlayıb.

Siyahıya "Barselona"nın kapitanı Lionel Messi başçılıq edir. Onu "Yuventus"un hücumçusu Kriştianu Ronaldo izləyir. İlk "üçlüy"ü hazırda "Real"ın baş məşqçisi olan Zinəddin Zidan qapayır.

Siyahıya düşən 25 oyunçudan yalnız 8-i hazırda karyerasını davam etdirir.

Son 25 ilin ən yaxşı 25 oyunçusu:
1. Lionel Messi
2. Kriştianu Ronaldo
3. Zinəddin Zidan
4. Ronaldo
5. Ronaldinyo
6. Tyerri Anri
7. Xavi Ernandes
8. Andres İnyesta
9. Paolo Maldini
10. Roberto Bacco
11. Rivaldo
12. Fabio Kannavaro
13. Rayan Giqqz
14. Kaka
15. Ueyn Runi
16. Luiş Fiqu
17. Qabriel Batistuta
18. Erik Kantona
19. Luka Modriç
20. Serxio Buskets
21. Raul Qonzales
22. Pol Skoulz
23. Romario
24. Serxio Ramos
25. Canluici Buffon