12:20 24-04-2020
news_image
124
FUTBOL

Marko Deviç karyerasını bitirir

"Sabah"ın hücumçusu Marko Deviç karyerasını bitirir.

Apasport.az saytının məlumatına görə, bunu Ukrayna millisinin sabiq futbolçusu özü açıqlayıb.

Ukrayna mətbuatına danışan 37 yaşlı forvard mövsümün sonunda karyerasını başa vuracağını, ancaq futbol sahəsində çalışmaqda davam edəcəyini söyləyib: "Sabah"la müqavilə müddətim başa çatır. Karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçu kimi görmürəm. Vida matçı ilə nöqtə qoymaq istəyirəm. Bundan sonra məşqçi və ya menecer kimi çalışa bilərəm".

Qeyd edək ki, 2018-19 mövsümünü "Sabah"da keçirən Marko Deviç bu ilin əvvəlində yenidən paytaxt klubuna dönüb.