12:37 24-04-2020
news_image
167
FUTBOL

"Sumqayıt"a lazım deyil - 61 dəqiqəlik sabiq milli üzvü

"Sumqayıt"ın mövsümün sonunda yollarını ayıracağı futbolçulardan birinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi İlqar Qurbanov gələn mövsümdən baş məşqçi Ayxan Abbasovun ixtiyarında olmayacaq.

Rəhbərlik müqavilə müddəti mövsümün sonuna qədər olan 34 yaşlı futbolçuya yeni sözləşmə təklif etməmək qərarına gəlib. Buna səbəb milli komandamızın sabiq üzvünün geridə qalan 20 turun böyük hissəsini ehtiyatda keçirməsidir. "Fənərbaxça"nın yetirməsi cari mövsüm cəmi 4 matçda iştirak edib, ümumilikdə 61 dəqiqə meydanda olub.

Qeyd edək ki, İlqar Qurbanov "Sumqayıt" ötən ilin yayında "Qəbələ"dən keçib.