13:20 24-04-2020
news_image
97
FUTBOL

“Mənim üçün karantinin müsbət tərəfi var” – yığmamızın baş məşqçisi

Azərbaycanın U-21 yığmasının serbiyalı baş məşqçisi Milan Obradoviç karantin günlərində vətənindədir. 

Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis koronavirus yayılmağa başlayan kimi ailəmin yanına gedib. 

O bildirib ki, vətənində vəziyyət Bakıdakı kimidir: “Düzdür, axşam saat 5-dək evdən çıxmağımıza icazə verilir. Ölkə sakinləri ehtiyac olmadan görüşməmələri tövsiyə olunur. Bəli, prinsipcə getmək üçün heç bir yer də - əyləncələr yoxdur. Şəxsən mənim üçün bu karantinin müsbət tərəfi var. Komandamızın, eləcə də qrupdakı rəqiblərin matçlarının təkrarını çox boş vaxt yaranıb. Serbiyadakı vəziyyətə qayıdaraq, tədricən vəziyyət düzəlir. Fövqəladə bir hadisə baş verməsə, artıq bazar ertəsindən kafe və restoranlar fəaliyyətə başlayacaq. Düzdür, ilk mərhələdə axşam saat 5-6-ya qədər işləmələri gözlənilir. Sosial məsafə qaydası da tətbiq ediləcək. Ancaq artıq adi günlərə ilkin qayıdış faktı mənəvi baxımdan müsbət haldır".

Obradoviç Azərbaycana nə vaxt qayıdacağına da aydınlıq gətirib: "Belqradda hava limanı artıq açıqdır, bir neçə ölkəyə uçuşlar bərpa edilib. Bakı hava sərhədlərini açan kimi dərhal Azərbaycana uçacağam” (sport24.az).