13:57 24-04-2020
news_image
108
FUTBOL

“Napoli” 50 milyonluq müdafiəçi alacaq – Kulibalini satsa

İtaliyanın “Napoli” klubu Samuel Umtitini transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi mövsümlərarası fasilədə satılacağı gözlənilən Kalidu Kulibalini fransalı müdafiəçi ilə əvəz etmək istəyir.

Seneqallı Fransa PSJ-sinə keçsə, neapollular “Barselona” ilə danışıqlara start verəcək. İspaniya təmsilçisi Umtitini 50 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Samuel cari mövsümdə 16 matça çıxıb.