14:18 24-04-2020
news_image
85
FUTBOL

PSJ-dən göndərilir – zədələrə görə

Fransanın PSJ klubunun futbolçusu Ander Errera komandanı tərk edir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə bu ilin yayında xitam verilməsi planlaşdırılır.

Buna səbəb futbolçunun zədəyə meylli olmasıdır. 30 yaşlı orta sahə oyunçusu cari mövsümün 4 ayını bu üzdən meydandan kənarda keçirib. Mövsümdə cəmi 8 çempionat oyununa çıxan futbolçuya ildə 8 milyon avro ödəməyi lazımsız xərc hesab edən parislilər onu göndərməyi daha düzgün sayır. Erreranın 2011-14-cü illərdə oynadığı “Atletik”ə qayıdacağı gözlənilir.

Qeyd edək ki, 2014-19-cu illərdə İngiltərə “Mançester Yunayted”ində oynamış yarımmüdafiəçi PSJ-yə azad agent kimi keçib. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.