15:21 24-04-2020
news_image
458
FUTBOL

Gerye qalır, ya gedir? – “Neftçi”də

"Neftçi"nin müdafiəçisi Vild-Donald Geryenin komandada qalıb-qalmayacağı hələ də məlum deyil.

Apasport.az saytının məlumatına görə, Haiti millisinin üzvünün müqavilə müddəti yaya qədər olsa da, "flaqman" bunu daha 1 il uzatmaq hüququna malikdir.

Bakı klubunun idman direktoru Ceyhun Sultanov əməkdaşımızla söhbətində "Qarabağ"ın da diqqət mərkəzində olan sol cinah oyunçusu ilə bağlı yekun qərarı baş məşqçinin verəcəyini söyləyib: "Gerye ilə bağlı qərar baş məşqçi ilə məsləhətləşdikdən sonra veriləcək. Əgər çalışdırıcı qalmasını istəsə, sözləşməsi uzadılacaq".

Klub rəsmisi "Qarabağ"ın istədiyi digər futbolçu kapitan Emin Mahmudovla çempionat bərpa olunduqdan sonra danışıq aparılacağını vurğulayıb: "Eminin komandada qalmasını istəyirik. Amma bu gün hamısının beyni o qədər yorğundur ki, bu barədə danışıq aparmaq istəmirik. Oyunlar bərpa edildikdən sonra danışığımız olacaq".

Qeyd edək ki, Emin Mahmudovun da "Neftçi" ilə sözləşmə müddəti mövsümün sonuna qədərdir.