16:17 24-04-2020
news_image
264
DİGƏR NÖVLƏR

"Ölkə dəyişmək mənim üçün ən çətin qərar idi" - Ramil Quliyev

"Useyn Bolt çox istiqanlıdır. Onunla çox yarışda görüşmüşəm. Məni görəndə salam verir. Bir dəfə liftdə "200 metrlik qaçışı qazanan sən idin?" deyə soruşmuşdu".

Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan dünya və Avropa çempionu qaçış cığırına çıxmağın ona inanılmaz enerji verdiyini söyləyib: "Həmin an fərqli həyəcan yaşayıram. Uşaq vaxtı futbol da oynamışam, amma hazırda həyatımı atletikaya həsr etmişəm. Futbol çox fərqlidir. Məsələn, Bolt futbola başladı, amma uğur qazana bimədi".

30 yaşlı idmançı Azərbaycanı Türkiyəyə dəyişməyinə də toxunub. O, bu qərarından peşmanlıq keçirmədiyini vurğulayıb: "Ölkə dəyişmək mənim üçün ən çətin qərar idi. Nəticədə evindən ayrılıb yeni bir yerə gedirsən. Səni orada necə qarşılayacaqlarını bilmirsən. Qardaş ölkə deyirik, amma tam elə olmur. Qarşılaşacağın insanların sənə necə reaksiya göstərmələri də önəmlidir. Amma Türkiyəyə gəlməyimə heç vaxt peşman olmadım. "Fənərbaxça"da prezident mənə "3 il gözəmə müddəti var", dedi. Mən isə cavabında "lazım gələrsə, 10 il gözləyərəm", deyə bildirdim.

Qeyd edək ki, Ramil Quliyev Türkiyə atletika yığmasının ilk dünya çempionudur.