17:04 24-04-2020
news_image
159
FUTBOL

“Arsenal” Obameyanqı satır – bu yay

İngiltərənin “Arsenal” klubu futbolçusu Pyer-Emerik Obameyanqı satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yayda qabonlu hücumçu ilə bağlı təklifləri nəzərdən keçirəcək.

London klubunun rəhbərliyi müqaviləsi 2021-ci ilin yayında başa çatacaq forvardla anlaşmanı uzada bilməyəcəyindən bu addımı atır. Həftədə 200 min funt sterlinq qazanan, lakin bu rəqəmin daha da artırılmasını istəyən futbolçunun tələbləri “Arsenal”ı qane etmir.

Üstəlik, Obameyanq Çempionlar Liqasında çıxış etmək istəyindədir. “Topçular”ın Premyer Liqadakı durumu isə buna imkan vermir. Bu üzdən də klub rəhbərliyi forvardın xidmətində maraqlı olan İspaniya “Barselona”sı və İtaliya “İnter”i ilə danışıqlara açıqdır.